Ruslar qadın məhbusları döyüşə göndərir

Ruslar qadın məhbusları döyüşə göndərir Müharibədəki ağır itkilərdən sonra ruslar məhbusları, o cümlədən qadın dustaqları cəbhə bölgəsinə gətirir.

Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

“Müharibədə şəxsi heyətin ağır itkiləri fonunda düşmən canlı qüvvəsini artırmaq üçün alternativ mənbələrdən istifadə edir. Belə ki, ötən həftə məhbusların daşınması üçün ayrılmış sərnişin qatarı Donetsk vilayətinə doğru hərəkət edib. Vaqonların birində qadın məhbuslar olub”, - məlumatda qeyd olunub.//Axar.az

Oxşar xəbərlər