
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb. E.Çələbiyev işdən çıxarılaraq sərəncama götürülüb, onun yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, daha əvvəl Quba RPŞ-nin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi vəzifəsində çalışmış E.Çələbiyev 2017-ci ildən 23-cü PB-yə rəhbərlik edirdi.