XİN: 200-dən çox insan Türkiyənin zəlzələ bölgəsindən təxliyə edilib

XİN: 200-dən çox insan Türkiyənin zəlzələ bölgəsindən təxliyə edilib “Dünəndən etibarən təxminən 201 nəfər vətəndaşımız təxliyə olunub”.

Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

XİN sözçüsü bildirib ki, onların arasında 3-4 nəfər Türkiyə Respublikasının vətəndaşları da var: “Onlar da təxliyə olunublar. Təxliyə prosesi davam edir. Avtobuslar hazırda yoldadır və Gürcüstan sərhədinə yollanırlar”.

Oxşar xəbərlər