Xankəndi necə blokadada ola bilər ki, toy mərasimləri keçirilir

Xankəndi necə blokadada ola bilər ki, toy mərasimləri keçirilir Ermənilərin özlərini dünyaya “ən əzabkeş” xalqı kimi təqdim etməkdə məşhur olmaqla yanaşı, həm də bu sahədə mahir oyunbazdırlar. Xankəndi-Laçın yolunda ekoaktivistlərin keçirdiyi dinc etiraz aksiyası bunu bir daha sübut etdi. Dünyaya haray-həşir salıb blokada da olduqlarını, humanitar fəlakətə məruz qaldıqlarını bəyan edirlər. O zaman sual olunur, necə blokadada və humanitar fəlakətlə üz-üzəsən ki, belə bir şəraitdə toy mərasimi keçirirsən? Bu onların necə oyunbaz yalançı haray-həşirlərinin ifşasıdır.

Yanvarın 22-də Xankəndidə erməni gənclərin toy mərasimi keçirilib.

Bu barədə fotoqraf David Kaqramanyan öz Facebook səhifəsində toy mərasimindən foto yayımlayıb və yazıb:

“Xankəndidə müqəddəs Hakob kilsəsində Geqamla Arevin toyu. Xankəndinin blokadaya alınmasının 42-ci günü”.

Bu, bir daha ermənilərin necə də riyakar olduğunun bariz göstəricisidir.

Oxşar xəbərlər