
1990-cı ildə, yanvarın ortalarında SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək yerləşdirilmişdir.Azərbaycana göndərilən ordu hissələrinin tərkibinəerməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. “Mülki və siyasi hüquqlar haqqında” qəbul edilmiş 1966-cı il Beynəlxalq Aktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməli olmasına baxmayaraq, şəhər əhalisinə heç bir xəbərdarlıq edilməmiş və yalnız kütləvi insan qırğını törədildikdən sonra – yəni 20 yanvar 1990-cı il səhər saat 5.30-daradio vasitəsiləfövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumat efirə verilmişdir.
20 Yanvar tarixdə bir faciə, dəhşətli bir terror aktı kimi qalmaqla yanaşı, həm də Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Həmin ağır gündə bütün hədələrə, təhdidlərə, ölümlə üz-üzə dayanmasına baxmayaraq, xalqımız müstəqillik, azadlıq uğrunda lazım gələndə şəhid ola biləcəyini də göstərdi. Elə buna görə də, 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək, istər 20 Yanvar şəhidlərinin, istərsə də Birinci və İkinci Qarabağ Müharibəsi şəhidlərinin ruhu daim anılacaq, onların əziz xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq!
Zülfüqar Cəfərov – YAP Sabunçu rayon təşkilatının sədr müavini