
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Təsdiq edilmiş Qaydada ixtiraçılıq fəaliyyətinin stimullaşdırılması, bu sahəyə dövlət dəstəyinin göstərilməsi və Azərbaycan vətəndaşları olan hüquq sahiblərinin Patent Əməkdaşlıq Sazişi (PCT) sistemindən istifadəsinə dair müddəalar əks olunmuş və PCT prosedurları çərçivəsində ixtiralara və faydalı modellərə görə verilən patentlərin ilk 3 il müddətində qüvvədə saxlanması ilə bağlı hüquq sahiblərinin çəkdikləri xərclərin 50 %-inin dövlət tərəfindən maliyyələşdirilməsinin mexanizmiləri müəyyən edilib.
Qərarın qəbul edilməsi ixtiraçılıq fəaliyyətinin stimullaşdırılmasına, ölkə vətəndaşları olan hüquq sahibləri tərəfindən beynəlxalq qorunma sənədinin (patent) alınmasına öz müsbət təsirini göstərəcək və ölkənin mövqeyinin beynəlxalq reytinqlərdə yüksəldilməsinə xidmət edəcək.