
Bunu Alternativ Layihələr qrupunun eksperti Vahe Ovanesyan öz teleqram kanalında yazıb:
“Hikmət Hacıyev rəsmi Bakının planlarını açıq şəkildə təqdim edib.
Şərtlər bunlardır:
- Ermənistan Qarabağ məsələsini unutmalıdır. Bu məslədə hər hansı beynəlxalq tənzimləmə mexanizmləri olmayacaq.
- İlin sonuna qədər sülh müqaviləsini imzalayıb, delimitasiya prosesini həyata keçirmək;
- Qazaxın kəndləri və Naxçıvanın Kərki kəndinin geri qaytarılması…
Ovanesyan bildirib ki, Hikmət Hacıyevin bu şərtlərindən sonra İrəvanda istər hakimiyyət, istərsə də müxalifət düşərgəsində bir susqunluq müşahidə olunmaqdadır.