Xudayar Rəhimov: Cəlilabad rayonunda asfaltlaşma işləri davam edir

Xudayar Rəhimov: Cəlilabad rayonunda asfaltlaşma işləri davam edir Cəlilabad Yol Tikinti İdarəsinin rəisi Xudayar Rəhimov - Cəlilabadda 14 yaşayış məntəqəsini birləşdirən yollar yenidən qurulur

Ölkə ərazisində müasir yol infrastrukturunun yaradılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan genişmiqyaslı layihələr sırasında hazırda Cəlilabad rayonunda 14 yaşayış məntəqəsini birləşdirən kəndlərarası avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması sürətlə və keyfiyyətlə davam etdirilir.



Ümumi uzunluğu 36.2 km, eni ortalama 10 metr olan yolların örtüyü əsasən torpaq əsaslı olub. Bu səbəbdən, kəndlərarası yollar nəqliyyatın və vətəndaşların rahat hərəkətində problemlərə səbəb olurdu.

Cəlilabadın Təklə-Abazallı, Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Bayxanlı-Məlikqasımlı, Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı, Şiləvəngə-Adnalı-Bədirli marşrutu üzrə kəndlərarası avtomobil yollarını əhatə edən layihə çərçivəsində:

- Uzunluğu 5.5 km olan Şiləvəngə-Adnalı-Bədirli və 2.5 km-lik Təklə-Abazallı hissələrində torpaq işləri, suötürücü boruların quraşdırılması, yol əsasının tikintisi yekunlaşıb. Sözügedən hissələrdə növbəti mərhələ üzrə asfaltlanma, yol çiyinlərinin bərkidilməsi işləri tam olaraq yerinə yetirilib.

- 28.2-km uzunluğa malik Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Bayxanlı-Məlikqasımlı və Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı kənd yollarında aparılan torpaq işləri, layihə üzrə nəzərdə tutulan suötürücü boruların və yol əsasının inşası sona çatdırılıb. Artıq sözügedən yolların 12 km-lik hissəsində asfaltlanma işləri yekunlaşıb.

Yolun Təklə kəndi ərazisində yerləşən mövcud 54 metrlik 3 aşırımlı körpünün layihə üzrə nəzərdə tutulan təmiri icra olunub.

Sözügedən yollarda işlər “İnşaat Norma və Qaydaları”na əsasən, texnoloji ardıcıllığa riayət olunmaqla keyfiyyətlə aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunub.

Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılacaq.

Beləliklə, IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yollar bundan sonra ərazidə yaşayan 14 mindən artıq əhalinin rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.



YOLUNUZ AÇIQ OLSUN...

Xudayar Rəhimov: Cəlilabad rayonunda asfaltlaşma işləri davam edir
Xudayar Rəhimov: Cəlilabad rayonunda asfaltlaşma işləri davam edir
Xudayar Rəhimov: Cəlilabad rayonunda asfaltlaşma işləri davam edir
Xudayar Rəhimov: Cəlilabad rayonunda asfaltlaşma işləri davam edir
Xudayar Rəhimov: Cəlilabad rayonunda asfaltlaşma işləri davam edir
Xudayar Rəhimov: Cəlilabad rayonunda asfaltlaşma işləri davam edir
Xudayar Rəhimov: Cəlilabad rayonunda asfaltlaşma işləri davam edir
Xudayar Rəhimov: Cəlilabad rayonunda asfaltlaşma işləri davam edir
Xudayar Rəhimov: Cəlilabad rayonunda asfaltlaşma işləri davam edir
Xudayar Rəhimov: Cəlilabad rayonunda asfaltlaşma işləri davam edir
Xudayar Rəhimov: Cəlilabad rayonunda asfaltlaşma işləri davam edir
Xudayar Rəhimov: Cəlilabad rayonunda asfaltlaşma işləri davam edir

Cəlilabad Rayon İcra Hakimiyyətinin müraciətinə əsasən “Azəravtoyol” Dövlət Şirkəti tərəfindən Cəlilabad şəhərində Həzi Aslanov küçəsi 2060 metr, V.Niftullayev küçəsi 170 metr, Əhməd Abdullayev (keçmiş Füzuli) küçəsi 1000 metr, M.Ə.Sabir küçəsi 1000 metr, Ş.İ.Xətai küçəsi Heydər Əliyev prospektinin şimal hissəsi 1000 metr, Təbriz küçəsi Heydər Əliyev prospektinin şimal hissəsi 1000 metr, Şıxəli Qurbanov küçəsi 1250 metr, M.F.Axundov küçəsi Heydər Əliyev prospektinin şimal hissəsi 1000 metr, Mehdi Hüseynzadə küçəsi, 9 nömrəli məktəbə gedən yol axıra kimi 910 metr, Ağasadiq Gəraybəyli küçəsi 380 metr, M.F.Axundov küçəsi 230 metr, M.F.Axundov küçəsində yerləşən Qəbristanlığın həyəti 230 metr, Avtovağzalın həyəti 666 metr, Heydər Əliyev prospekti 1910 metr, Qazan köşkü (MirMəhəmməd ağanın ziyarətgahı) küçəsi 400 metr, N.Nərimanov küçəsi 718 metr və Habil Məmmədov küçəsi 693 metr məsafədə asfaltlanma işləri tamamlanmışdır. Şəhərin Fərid Əhmədov küçəsi 685 metr, Nizami küçəsi 678 metr, Mirnağı Şərifov (keçmiş Q.İsmayılov) küçəsi 674 metr və 28 May küçəsi 670 metr məsafədə isə asfaltbərkitmə işləri aparılmış və yaxın vaxtlarda asfalt vurulması işləri başlanılacaqdır.

Xudayar Rəhimov: Cəlilabad rayonunda asfaltlaşma işləri davam edir


Göytəpə şəhərində M.Müşfiq və V.Mürsəlov küçələrində 1650 metr, C.Cabbarlı küçəsi 300 metr və Vüsal Cəfərov (keçmiş Pişəvəri) küçəsi 1800 metr məsafədə asfalt vurulmuşdur.

Komanlı kəndinin ərazisində Komanlı-Bəcirəvan yolu 1500 metr və Komanlı- Həziabad yolu 1550 metr məsafədə asfaltlama işləri aparılmışdır. Privolnoye kəndində şəhid ailəsinin yaşadığı küçənin 500 metr məsafənin asfaltlanması həyata keçirilmişdir. Hamarqışlaq kəndində qəbristanlıq və məktəbə gedən yolun 1024 metr məsafənin asfaltlanması aparılmışdır. Cəlilabad şəhərində ümumi uzunluğu 36,2 km olan Təklə-Abazallı, Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Boyxanlı-Məlikqasımlı,Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı, Şiləvəngə-Adnalı-Bədirli avtomobil yollarından 13,5 km hissəsinin (Təklə-Abazallı, Məmmədrzalı və Şiləvəngə-Adnalı-Bədirli avtomobil yollarının) tikintisi başa çatdırılmışdır. Qalan 22,7 km yolun tikintisi ilə bağlı qum, çınqıl və daş materiallarının döşənməsi işləri aparılır.

Xudayar Rəhimov: Cəlilabad rayonunda asfaltlaşma işləri davam edir


Rayon ərazisində vətəndaşların rahat və maneəsiz gediş-gəlişini təmin etmək məqsədilə uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulması daim diqqət mərkəzində saxlanılan əsas məsələlərdən biridir. Bu məqsədlə kənddaxili yollarda da təmir-tikinti işləri davam etdirilir.

15 avqust 2022-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Hamarqışlaq kəndində olmuş, kəndin mərkəzindən qəbiristanlığına gedən 1350 metr yola asfalt örtüyünün vurulması işləri ilə tanış olmuşdur.

Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov kənd sakinləri ilə görüşdə bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz torpaqlarımızı qanları, canları bahasına azad ediblər. Bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaqdır.

Sonra tədbir iştirakçıları və şəhidin ailə üzvləri Hamarqışlaq kənd qəbiristanlığında dəfn edilmiş Vətən müharibəsi şəhidi Cavid Hüseynovun məzarını ziyarət edərək gül dəstələri düzmüş, ruhuna dualar oxumuş və əziz xatirəsini ehtiramla yad etmişlər.

Şəhidin atası Habil Hüseynov şəhidlərə, onların ailə üzvlərinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə ailəsi adından öz dərin minnətdarlığını bildirib, rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilova təşəkkürünü çatdırıb.

Xudayar Rəhimov: Cəlilabad rayonunda asfaltlaşma işləri davam edirXudayar Rəhimov: Cəlilabad rayonunda asfaltlaşma işləri davam edirXudayar Rəhimov: Cəlilabad rayonunda asfaltlaşma işləri davam edirXudayar Rəhimov: Cəlilabad rayonunda asfaltlaşma işləri davam edirXudayar Rəhimov: Cəlilabad rayonunda asfaltlaşma işləri davam edirXudayar Rəhimov: Cəlilabad rayonunda asfaltlaşma işləri davam edirXudayar Rəhimov: Cəlilabad rayonunda asfaltlaşma işləri davam edir
Xudayar Rəhimov: Cəlilabad rayonunda asfaltlaşma işləri davam edir


Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Hasıllı kəndində yerləşən “Mirməhəmmədağa” ziyarətgahına gedən yolun 400 metr məsafəsinin asfaltlanması işlərinə baxış keçirib. Baxış zamanı RİH başçısı ziyarətgahın ətrafında da əhalinin sərbəst hərəkət etməsi, avtomobillər üçün dayanacaq yerlərinin təşkil edilməsi üçün əlavə asfaltlanma işlərinin aparılması barədə tapşırıq və tövsiyələrini vermişdir.


Xudayar Rəhimov: Cəlilabad rayonunda asfaltlaşma işləri davam edirXudayar Rəhimov: Cəlilabad rayonunda asfaltlaşma işləri davam edirXudayar Rəhimov: Cəlilabad rayonunda asfaltlaşma işləri davam edirXudayar Rəhimov: Cəlilabad rayonunda asfaltlaşma işləri davam edirXudayar Rəhimov: Cəlilabad rayonunda asfaltlaşma işləri davam edirXudayar Rəhimov: Cəlilabad rayonunda asfaltlaşma işləri davam edirXudayar Rəhimov: Cəlilabad rayonunda asfaltlaşma işləri davam edirXudayar Rəhimov: Cəlilabad rayonunda asfaltlaşma işləri davam edirXudayar Rəhimov: Cəlilabad rayonunda asfaltlaşma işləri davam edirXudayar Rəhimov: Cəlilabad rayonunda asfaltlaşma işləri davam edirXudayar Rəhimov: Cəlilabad rayonunda asfaltlaşma işləri davam edir

Oxşar xəbərlər