Fuad Hacıyev: Böyük qələbənin, tarixi missiyanın xoşbəxt şahidləri

Fuad Hacıyev: Böyük qələbənin, tarixi missiyanın xoşbəxt şahidləri KOVENTRİ UNİVERSİTETİ İLƏ İKİLİ DİPLOM PROQRAMININ MƏZUNUNA DİPLOM TƏQDİM EDİLİB

Fuad Hacıyev: Böyük qələbənin, tarixi missiyanın xoşbəxt şahidləri


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) konfrans zalında tədrisi ingilis dilində aparılan “İdman menecmenti” magistr proqramının məzununa diplomun təqdim edilməsi mərasimi keçirilib.

Proqramın məzunu Elvin Məmmədov ikili diplom proqramı çərçivəsində Böyük Britaniyanın Koventri Universitetində təhsilini davam etdirib və hər iki ali təhsil ocağının diplomunu alıb.

Tədbirdə ASAPES-in rektoru Fuad Hacıyev və akademik heyət, həmçinin “İdman menecmenti və kommunikasiya” bakalavr ixtisasının 4-cü tədris ili üzrə təhsil alan ASAPES SABAH tələbələri iştirak ediblər.

Rektor Fuad Hacıyev çıxışında bildirib ki, ikili diplom təqdimatı ASAPES-in inkişaf istiqamətində gördüyü işlərin məntiqi nəticəsidir. Magistrantlarımızın xaricdə təhsil alması perspektivli və istedadlı gənclərin üzə çıxarılması, həmçinin ölkəmizdə idman əmək bazarı üçün peşəkar kadrların yetişdirilməsi deməkdir.

Qeyd edək ki, ASAPES-in Koventri Universiteti ilə əməkdaşlığı bu ali təhsil ocağının “İdman menecmenti” magistr proqramının standartını tanıması və müvafiq fənlərin kreditlərini qəbul etməsi nəticəsində mümkün olub. Adı çəkilən təhsil standartı Tübingen Universitetinin professoru, Avropa İdman İqtisadçıları Assosiasiyasının təsisçisi, ASAPES-in beynəlxalq məsləhətçisi Tim Pavlovski tərəfindən dünya və Avropa standartlarına uyğun olaraq 2020-ci ildə yenidən tərtib edilib.

Fuad Hacıyev: Böyük qələbənin, tarixi missiyanın xoşbəxt şahidləri


ASAPES SABAH TƏLƏBƏLƏRİ "TİPX 4: FÜRSƏTDƏN İNKİŞAFA" KONFRANSINDA İŞTİRAK EDİBLƏR

Fuad Hacıyev: Böyük qələbənin, tarixi missiyanın xoşbəxt şahidləri


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) SABAH tələbələri ADA Universitetində təşkil olunan “Tipx 4: Fürsətdən inkişafa" konfransında iştirak ediblər. Tədbirdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Nigar Arpadarai, ADA Universitetinin Təşkilat və İnsan resursları departamentinin rəhbəri Gülnur İsparova, İşçi qüvvəsi üzrə baş menecer Tural Hümbətov spiker qismində çıxış ediblər.

Spikerlər tələbələr üçün yaradılan məşğulluq imkanları, xaricdə təhsil fürsətlərinin dəyərləndirilməsi, sosial-ictimai aktiv fəaliyyətin önəmi kimi mövzularda çıxış edərək tələbəlik dövrünü məhsuldar keçirməyin yolları barədə öz bilik və təcrübələrini bölüşüblər.

AKADEMİYA RƏSMİLƏRİ ÖZBƏKİSTANDA SƏFƏRDƏ OLUB

22-25 sentyabr tarixlərində Özbəkistanın Çirçik şəhərində Özbəkistan Dövlət Bədən Tərbiyəsi və İdman Universitetinin və Beynəlxalq Bədən Tərbiyəsi və İdman Universitetləri Assosiasiyasının birgə təşkilatçılığı ilə “Universitet idmanı: millətin sağlamlığı və firavanlığı” mövzusunda Tələbələrin və Gənc Alimlərin XI Beynəlxalq Elmi Konfransı keçirilib.

Konfranda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını Tədris və elmi işlər üzrə prorektoru Təhminə Tağı-zadə, Sosial elmlər kafedrasının müdiri Lalə Əhmədova, Magistratura şöbəsinin müdiri Nərqiz Kosayeva, İdman oyun növləri kafedrasının müəllimi Səbinə İbrahimova, Elmi-tədris laboratoriyasının fiziki reabilitasiya üzrə aparıcı mütəxəssisi Hakim İbrahimov təmsil ediblər.

Fuad Hacıyev: Böyük qələbənin, tarixi missiyanın xoşbəxt şahidləri
Fuad Hacıyev: Böyük qələbənin, tarixi missiyanın xoşbəxt şahidləri


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev - Müqəddəs savaşımızın, Vətən müharibəsinin başlanmasının, tarixi zəfərimizin ilk addımının və bunun uğrunda öz həyatlarını fəda etmiş igid oğullarımızın əziz xatirəsinin ikinci il dönümünü qeyd etdik. Qəlb acısı, kədər yükü ilə, ancaq eyni zamanda da böyük iftixar hissi ilə, alın açıqlığı, üz ağı ilə qeyd etdik. Bütün ölkə, bütün xalq qeyd etdi bu günü. Şəhidlərimizin məzarları, onların şərəfinə ucaldılmış abidələr, memorial komplekslər ziyarət edildi, şəhid qanını simvolizə edən qırmızı çiçəklərə boyandı ölkə. Ancaq Müzəffər Ordunun, Müzəffər Sərkərdəsi, həmişə olduğu kimi bu günü də özünəməxsus bir şəkildə, xüsusi anlam, əlahiddə bir qüdsiyyət daşıyan məkanda, Vətən torpağının şəhid qanı ilə suvarıldığı ilk zəmində, işğaldan azad edilən ilk məskəndə, şanlı qələbəyə aparan yolun mənbəyində qeyd etdi. O günü bir daha yaşamaq, real olaraq hiss etmək və xalqına da yaşatmaq üçün atdı bu addımı.

Sövqi-təbii ilə Prezidentin ötən il, ilk Anım Günü ilə əlaqədar Türkiyənin Anadolu Agentliyinə verdiyi müsahibəni xatırladım. Dövlət başçımız, 30 ildir torpaq həsrəti ilə yaşayan məcburi köçkünlərdən danışarkən kövrəldi. İşlətdiyi cümlələr təxminən belə idi; “İlk növbədə mənim gözümün önünə o bölgələrdə yaşamış insanlar gəlir. Çünki onlar 30 ildir həsrət içində idilər. Mən bu evi, bu binanı, dağıntıları görürəm, ancaq o görmür. O, bizim gözlərimizlə bunu görməlidir. Hər zaman mənim gözümün önündə onlar olub. Nə qədər əzab çəkdilər, nə qədər əziyyət çəkdilər, amma sınmadılar, möhkəm dayandılar. Budur Azərbaycan, budur Azərbaycan xalqı”.

Bəli, bu dəfə də bizlər, xalqımız, o məkanı Prezidentin və Birinci Xanımın gözləri ilə gördü, qəlbi ilə hiss etdi, xəyalən də olsa o günlərə qayıtdı, şəhidlərimizin qanı-canı bahasına açılmış qələbə yolunun, 44 günə yazılmış şanlı tariximizin, yumruq kimi birliyimizin, iradəmizin başlanğıc nöqtəsini, ilk səhifəsini gördü.

Bu torpaqlar, bu məkan və şəhidlərimizin şərəfinə o məkanda ucaldılmış abidə, qaya parçası sadəcə bir qaya, daş parçası deyil, düşmən gülləsinə öz bədənini, sinəsini sipər edən qəhrəman Azərbaycan əsgərinin, bu əsgərin mətin Sərkərdəsinin və bu əsgəri yetirmiş xalqın birliyinin, qaya kimi möhkəmliyinin rəmzidir. Bu qaya, dağıtmaq üçün yox, qurmaq-yaratmaq üçün gəlmiş millətin rəmzidir.

İki əsrdən artıqdır ki, torpaqları parça-parça əlindən alınan, itirə-itirə gələn xalqın zəfəri ilk dadmış nəsli əlbəttə ki, xoşbəxt nəsildir. Prezident İlham Əliyevin təbirilə desək; “Biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Biz fəxr edirik ki, bu torpağın övladlarıyıq. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq”.

Oxşar xəbərlər