Münaqişənin güc yolu ilə həll olunmasını qaçılmaz edən beynəlxalq riyakarlıq

Münaqişənin güc  yolu ilə həll  olunmasını  qaçılmaz  edən beynəlxalq  riyakarlıq Kökləri uzun dövrə dayanan Qarabağ problemi, nəticə etibarilə, 1991-1993-cü illərdə tərəflər arasındakı şiddətli müharibəni qaçınılmaz etdi və 1994-cü ildə ümummilli lider H.Əliyevin təşəbbüsü ilə, atəşkəs elan olundu. Hələ müharibə zamanı bir çox ölkələr tərəfləri sülhə səsləmişlər. Bu məqsədlə Azərbaycan Respublikası 1992-ci il yanvarın 30 Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM – indiki ATƏT) üzvü oldu. Həmin il iyulun 8-10-da ATƏM-in Helsinkidə keçirilən Zirvə toplantısında onun sənədləri imzalandı. Bundan sonar Dağlıq Qarabağ münaqişəsi üzv dövlətlərin daha çox diqqət obyektinə çevrildi və 1992-ci il martın 24-də keçirilən görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə edildi və münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların səmərəliliyini təmin etmək məqsədilə, ATƏM-in “Dağlıq Qarabağa dair sülh konfransının çağırılması” haqqında qərar qəbul edildi. Beləliklə, Minskdə keçiriləcək konfrans ABŞ, Rusiya, Fransa, Türkiyə, Almaniya, İtaliya, Çexiya, İsveç, Slovakiya, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə keçirilməsinə qərar verildi. Lakin Ermənistan tərəfinin 1992-ci ilin mayında Şuşa və Laçını işğal etməsi münaqişənin mahiyyətini dəyişdirdi və yeni siyasi problem yarandı. Bununla da sülh danışıqlarını öz üzərinə götürmüş Minsk konfransının keçirilməsi yolunda böyük bir əngəl yarandı.Beləliklə, yenicə müstəqillik qazanmış Azərbaycan 1994-cü ildə imzalanacaq atəşkəsə qədər müharibənin uduzan və itirən tərəfi olaraq qalırdı.
Maraqlıdır ki, bu zaman kəsiyində – münaqişə ərzində Minsk Qrupunun həmsədrləri müxtəlif təklif və tövsiyyələr və hətta, beynəlxalq hüquq normalarına zidd olan və Azərbaycan üçün qəbul edilə bilməyəcək təkliflər irəli sürürdülər. Azərbaycan üçün tamamilə ziddiyət kəsb edən bu təklifə qarşı H.Əliyev Minsk Qrupunun həmsədrləri olan dövlətlərin – ABŞ, Rusiya və Fransa dövlət başçılarına məktubla müraciət edərək “ümumi dövlət” ideyasının ATƏT-in prinsiplərinə uyğun olmadığını və sülh prosesinə zərər verdiyini bildirmişdi.
Münaqişənin həlli yolunda digər beynəlxalq addım isə BMT tərəfindən atılmışdı. Bu təşkilat müharibənin zərərçəkmiş tərəfi, yəni Azərbaycan üçün 4 qətnamə qəbul etmişdi. Və dəfələrlə Ermənistanı bu qətnamələri yerinə yetirməyə səsləmiş, qətiyyətli addımlar atmamış, hər hansısa ciddi təzyiq göstərməmişdir, və bununla da, hər dəfəsində əliboş qalmışdı.
Azərbaycan isə hər zaman beynəlxalq hüquq norma və prinsiplərinə sadiqlik, böyük səbr və diplomatik şücaət nümayiş etdirmişdir. Hər zaman sülhə can atmış, Ermənistan tərəfinin hər cür çirkin təxribat və əməllərinə səbr və qətiyyətlə cavab vermişdir. Lakin 30 ilə yaxın bir zaman ərzində nə ATƏT-in Minsk Qrupunun təklifləri, nə BMT-nin Azərbaycanın xeyrinə olan qətnamələri, nə də digər “sülhə çağıranlar” hər hansısa ciddi bir iş görə və müharibənin hərbi yolla həll olunmasını qarşısını ala bilmədilər. Nəticədə, müharibə qaçınılmaz oldu və Azərbaycan öz əzəli torpaqlarını öz qanı-canı bahasına azad etdi.

Sabunçu rayonu, 96 nömrəli tam orta məktəbin
biologiya müəllimi Afaq Əhmədova


Oxşar xəbərlər