
“Brent” markalı neft fyuçersləri əvvəlki sessiyada fevralın əvvəlindən bəri ən aşağı səviyyəyə çatdıqdan sonra 0,91 ABŞ dollar və ya 1% artaraq barel üçün 88,91 dollara çatıb. ABŞ-ın xam neft fyuçersləri 0,95 dollar və ya 1,2% artaraq 82,89 dollar/barel olub.
Qiymətlər Rusiya prezidenti Vladimir Putinin avropalı alıcılar tərəfindən qiymət məhdudiyyəti tətbiq ediləcəyi təqdirdə ölkənin neft və qaz ixracını dayandırmaqla hədələməsindən sonra artıb.
Qeyd edək ki, Rusiyanın “Qazprom” şirkəti artıq “Şimal axını 1” boru kəmərindən axını dayandıraraq Avropaya tədarükün əhəmiyyətli faizini kəsib.