Qvardiolanın təyyarəsində axtarış aparılıb

Qvardiolanın təyyarəsində axtarış aparılıb İspaniya polisi “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın şəxsi təyyarəsində axtarış aparıb.
AZTB.info xarici KİV-ə istinadən xəbər verir ki, onlar Kataloniyanın keçmiş prezidenti Karles Puçdemonu axtarıblar.

Qeyd edək ki, Kataloniyanın müstəqilliyini elan etdikdən sonra ölkədən qaçan Puçdemon hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilmişdi.
Həftəsonu ailəsi ilə birlikdə Barselonaya istirahətə gedən Qvardiolanın təyyarəsində axtarış ispan məşqçini məyus edib.

Qeyd edək ki, Qvardiola Kataloniyanın müstəqilliyini və Puçdemonu dəstəklədiyini bildirmişdi.

Oxşar xəbərlər