Polis mayoruna yeni vəzifə verildi

Polis mayoruna yeni vəzifə verildi Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Oxu.az məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru İlkin Hüseynov Ağdaş Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

O, bundan əvvəl Zaqatala RPŞ-də Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində çalışıb.

Oxşar xəbərlər