“Ukrayna hər gün 200-ə qədər hərbçi itirir”

“Ukrayna hər gün 200-ə qədər hərbçi itirir” “Ukrayna hər gün 100-200 nəfər arası hərbi qulluqçu itirir”.

“Bu barədə məlumatı Ukrayna Prezidentinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak “BBC”yə müsahibəsində açıqlayıb.

Onun sözlərinə görə, Ukrayna Qərbin yüzlərlə artilleriya sisteminə ehtiyac duyur: “Əsas olaraq, Ukraynaya 300-ə qədər reaktiv sistem lazımdır”.

Qeyd edək ki, Ukraynanın müdafiə naziri Aleksey Reznikovun da iyunun 9-u açıqladığı məlumata görə, sözügedən ölkə hər gün 100-ə qədər hərbçi itirir.

Oxşar xəbərlər