NATO baş katibi Ukraynadakı müharibənin necə bitəcəyini açıqladı

NATO baş katibi Ukraynadakı müharibənin necə bitəcəyini açıqladı Ukraynadakı müharibə danışıqlar masası arxasında bitəcək.

"Bunu NATO baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, Ukraynanın NATO-nun əlavə dəstəyinə ehtiyacı olacaq.

Stoltenberq qeyd edib ki, müharibənin nəticəsini proqnozlaşdırmaq çətindir.

"Müharibələr öz təbiətinə görə gözlənilməzdir və buna görə də biz sadəcə olaraq uzunmüddətli dövrə hazır olmalıyıq. Ukraynalılar öz ölkələrini qorumaq üçün döyüş meydanında itki verir, lakin Rusiyada da itkilər var", - alyansın baş katibi bildirib.

Bundan əvvəl Ukrayna Prezidenti Volodmir Zelenski bildirib ki, Rusiya ölkənin təxminən 20%-ni işğal edib - 2 603 yaşayış məntəqəsinin azad edilməsinə ehtiyac var.

Oxşar xəbərlər