“Küləyi sərt, insanı mərd Bakıda tarixi görüşə imza atırıq” - Ərdoğan

“Küləyi sərt, insanı mərd Bakıda tarixi görüşə imza atırıq” - Ərdoğan "Sizləri səmimi qəlbdən salamlayıram. Can Azərbaycanın Müstəqillik Günündə sizlərlə birlikdə olmaqdan xoşbəxtəm".

"Bunu bu gün "Texnofest Azərbaycan" texnoloji festivalında çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"İki həftə öncə Rizə-Artvin hava limanının açılışında əziz qardaşım cənab Əliyevlə birlikdə gerçəkləşdirmişdim. Bu gün isə küləyi sərt, insanı mərd bu gözəl paytaxtda, Bakıda bir başqa tarixi görüşə imza atırıq", - deyə Türkiyə Prezidenti qeyd edib.

Ərdoğan vurğulayıb ki, bu il Azərbaycan-Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyini böyük qürurla qeyd ediıir: “Diplomatik əlaqələrimiz 30 il əvvəl qurulsa da, qədər birliyimiz tarixin dərinliyinə uzanır. Hər zaman ürəklərimiz, biləklərimiz ortaq mübarizədə bir olub”.

Oxşar xəbərlər