Gəncə Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL

Gəncə Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL Niyazi Bayramov "Gənclərin Dostu" Fəxri Diplomu ilə mükafatlandırılıb

Gəncə Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL


"İslahatçı Gənclər" İctimai Birliyinin üzvləri" Dini radikalizm və ekstemizmə qarşı mübarizədə gənclərin rolunun artırılması" layihəsi çərçivəsində Gəncə şəhərinə səfər ediblər. Səfər çərçivəsində Birliyin üzvləri şəhər rəhbəri ilə görüşüb.

Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, başçının birinci müavini Səməd Tomuyev, başçının müavini Adil Tağıyev, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazov, Birliyin sədr müavini, "http://Azxeber.com" Media Qrupunun rəhbəri Hacıbəy Heydərli, tanınmış politoloq Əhməd Şahidov iştirak ediblər.

Səmimi söhbət şəraitində keçən görüşdə Niyazi Bayramov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan gənclər siyasətindən, onlara göstərilən diqqət və qayğıdan bəhs edib. O qeyd edib ki, Prezident İlham Əliyevin gənclər siyasətinin mərkəzində bir əsas xətt dayanır ki, bu da Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsidir.

Fərid Şahbazov gənclərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildirirərək, "İslahatçı Gənclər" İctimai Birliyi haqqında məlumat verib. O qeyd edib ki, Birliyin əsas məqsədi Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən islahatlar prosesində gənclərin fəal iştirakına kömək etmək, onların ölkəmizin bütün sahələrində sürətli inteqrasiyasına yardımçı olmaqdır.

Daha sonra "İslahatçı Gənclər" İctimai Birliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov gənclərin təşəbbüsünün dəstəklənməsinə və dövlət gənclər siyasətinin uğurla icrasına verdiyi dəstəyə görə, "Gənclərin Dostu" Milli Mükafatı Fəxri Diplomu ilə təltif edilib.

Sonda xatirə şəkli çəkdirilib.

Gəncədə növbəti dəfə sakinlərlə səyyar görüş keçirilib

Gəncə Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşlarla səyyar görüş keçirib. Görüş Gəncə şəhər M.Füzuli adına 22 nömrəli tam orta məktəbdə baş tutub. Səyyar görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Nizami və Kəpəz İcra Hakimiyyətlərinin başçıları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Görüşdən əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və rəsmilər M.Füzuli adına 22 nömrəli tam orta məktəbin şəhid məzunu Vüsal Məmmədov və I Qarabağ Müharibəsi şəhidlərinin xatirə lövhəsi önünə tər çiçəklər düzüb, onların əziz xatirəsinə dərin ehtiram ifadə ediblər.
Görüş zamanı Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra sakinlərin şikayət və təklifləri dinlənilib. Müraciətlər arasında işlə təminat, bir sıra küçə və döngələrin asfaltlanması, bəzi ərazilərdə su təchizatının yaxşılaşdırılması və sair məsələlərlə bağlı olub.
Səsləndirilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb, bəzilərinin isə araşdırılaraq qanunamüvafiq formada həll üçün tapşırıqlar verilib.
Qeyd edək ki, sakinlərlə keçirilən bütün görüşlərin əsasında vətəndaş məmnunluğu dayanır.

Oxşar xəbərlər