Ukraynada vağzalın raketlə vurulmasından sonra Slovakiyadan maraqlı addım

Ukraynada vağzalın raketlə vurulmasından sonra Slovakiyadan maraqlı addım Rusiya tərəfindən Ukraynanın Kramatorsk şəhərində dəmiryolu vağzalı raketlə vurulduqdan sonra Slovakiya hərəkəti ilə diqqət çəkib.

Slovakiya Baş naziri Eduard Heger Ukraynaya S-300 göndərdiklərini açıqlayıb.

“Təsdiq etmək istərdim ki, Slovakiya Ukraynaya S-300 hava hücumundan müdafiə sistemi təqdim edib. Ukrayna xalqı öz suveren ölkəsini və bizi də cəsarətlə müdafiə edir. Rusiyanın təcavüzü altında insan itkisinə biganə qalmamaq və kömək etmək bizim borcumuzdur”, - deyə o “Twitter” hesabında yazıb.

Ukraynada vağzalın raketlə vurulmasından sonra Slovakiyadan maraqlı addım

Oxşar xəbərlər