Azərbaycanın regionda yaratdığı yeni reallıqlar qəbul edilir, bölgədə sülhə, təhlükəsizliyə, iqtisadi inkişafa verilən töhvələrimiz yüksək qiymətləndirilir

Azərbaycanın regionda yaratdığı yeni reallıqlar qəbul edilir, bölgədə sülhə, təhlükəsizliyə, iqtisadi inkişafa verilən töhvələrimiz yüksək qiymətləndirilir
Prezident İlham Əliyevin Brüsseldə Aİ Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşləri və aparılan danışıqlar Azərbaycanın növbəti uğurudur. Görüşdən sonra Aİ Prezidentinin verdiyi bəyanatdan da görünür ki, üstünlük həmişə olduğu kimi yenə Azərbaycandadır, masadakı şərtləri yenə cənab Prezidentimiz İlham Əliyev müəyyən edir. Görüşün nəticəsi olaraq əldə edilən əsas razılıq Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının başlamasıdır. Sözsüz ki, sülh danışıqları Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif əsasında aparılacaq. Bu təklifin əsas və ən vacib məqamı Azərbaycanın ərazi bütövlüyüdür. Bütün bunlar olduqca əhəmiyyətlidir və Azərbaycanın milli maraqlarına tam uyğundur.
Bundan başaqa, tərəflərin yaratdığı birgə komissiya sərhədlərin müəyyənləşdirilməsi, sərhədlərdə baş verən gərginliyin aradan qaldırılması və digər vacib məsələlərlə bağlı razılıq əldə olunub. Həmçinin nəqliyyat-kommunikasiya xəttlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi kimi məsələlər də əsas müzakirə mövzusu olacaq. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanın regionda yaratdığı yeni reallıqlar qəbul edilir, bölgədə sülhə, təhlükəsizliyə, iqtisadi inkişafa verilən töhvələrimiz yüksək qiymətləndirilir.
Əsas məqamlardan biri də sənəddə Dağlıq Qarabağ ifadəsi yoxdur, ATƏT-in Minsk Qrupu həmsədrləri institutunun adı çəkilmir. Avropa İttifaqı çalışır ki, Ermənistanla Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan mexanizm hazırlansın. Əgər danışıqlar bu formatda davam edərsə, şübhəsiz ki, tərəflər daha yaxşı anlaşa bilər, nəticələr də müsbət olar. Bir məqamı da xüsusi vurğulamaq istərdim ki, Avropa İttifaqı prosesə böyük töhvə verir, qərəzsizliyini qoruyub saxlayır, xüsusilə də Azərbaycana etimad göstərir. Əlbəttə ki, burada Aİ Prezidenti Şarl Mişelin Prezident İlham Əliyevlə şəxsi münasibətləri, tez-tez baş tutan təmaslar mühüm rol oynayr.
Brüssel görüşünü və tərəflər arasında aparılan dörd saatlıq danışıqların nəticələrini Azərbaycan üçün qənaətbəxş qiymətləndirmək olar. Ümumiyyətlə bu görüşün baş tutması, liderlərin təmasları və danışıqlarda Azərbaycanın maraqlarının tam qorunması İlham Əliyev diplomatiyasının daha bir qələbəsidir.
Gülnar Quliyeva, 74 saylı tam orta məktəbin tarix müəllimi

Oxşar xəbərlər