
“Dünyada və regionda vəziyyət gərgindir, biz gərginliyin səviyyəsinin azaldılması və fundamental həll yollarının tapılmasında özümüzü məsul hesab edirik. Düşünürük ki, Ermənistan və Azərbaycan arasında sülh danışıqları dərhal başlamalıdır”, - deyə Paşinyan hökumətin iclasında bəyan edib.
Onun sözlərinə görə, sərhədlərdə təhlükəsizliyin və sabitliyin yaxşılaşdırılması üzrə tədbirlərlə paralel olaraq sərhədlərin demarkasiyası və delimitasiyası üzrə işləri sürətləndirmək lazımdır.
İnterfaks