
Qadınların dövlətin idarə olunması prossesində ön plana çəkilməsi xüsusilə Ulu Öndər Heydər Əliyevlə bağlı olmuşdur. Həmçinin müasir dövrdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti, xeyriyyəçilik tədbirləri, humanitar layihələri Azərbaycan qadının nüfuzunu daha da ucaldır
Hazırda Azərbaycanda qadın hüquqlarının müdafiyə olunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində, dövlət idarəetmə orqanlarında və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Buna nəzarət etmək üçün bir sıra dövlət orqanları da yaradılmışdır. Ancaq bu diqqət və qayğı xüsusi bir gündə daha da ön planda və qabarıq olur. Hər il “8 mart” beynəlxalq qadınlar gününün Azərbaycanda yüksək səviyyədə qeyd olunması qadınlarımıza verilən dəyərin bariz nümunəsidir.
Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
tarix müəllimi Damla Həsənzadə