
AZTB.infon-un məlumatına görə, bunu baş prokuror Zakir Qaralov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində qeyd edib.
Baş prokuror xüsusi olaraq qeyd edib ki, referendum aktı ilə təsis edilmiş birinci vitse-prezident vəzifəsinə Mehriban Əliyevanın təyinatı son dövrün ən önəmli, ölkənin bu günü, gələcəyi, xalqımızın sosial rifahının daha dinamik və təminatlı şəkildə yüksəlməsi üçün xüsusi əhəmiyyətə və dəyərə malik mühüm hadisəsi olub: "Bu yüksək dövlət vəzifəsinə xalqımızın haqq səsini, Azərbaycan həqiqətlərini bütün dünya ictimaiyyətinə çatdıran, 4 amnistiya aktının təşəbbüskarı olmaqla, 40 mindən artıq insanın bağışlanmasına, onların ailələrinə sevinc bəxş edilməsinə nail olan, Azərbaycanda keçirilən ən mötəbər tədbirlərdə təşkilat komitəsinə rəhbərliyi həyata keçirməklə, çox yüksək təşkilatçılıq və idarəçilik qabiliyyətinə malik olan, dinlərarası, mədəniyyətlərarası münasibətlərin qurulmasında, multikultural dəyərlərin inkişafında, dövlətin sosial siyasətinin həyata keçirilməsində mühüm rolu olan şəxsin bu vəzifəyə təyin olunması xalqın hədsiz sevincinə səbəb olmaqla, ölkənin işıqlı gələcəyinə inamını daha da artırıb. Bu mühüm təyinatdan sonrakı ötən müddət ərzində ölkədə həyata keçirilən strateji əhəmiyyətə malik, ölkənin hərtərəfli inkişafına təkan verən işlərin müsbət dinamikasının və intensivliyinin artması qeyd olunanların bariz təsdiqidir".