Ölkəmizdə qeyri-neft sektorunun inkşafı istiqamətində görülən işlər turizm sahəsində də özünü göstərir

Ölkəmizdə qeyri-neft sektorunun inkşafı istiqamətində görülən işlər turizm sahəsində də özünü göstərir Azərbaycan turizm sənayesinin inkşafı üçün zəngin ehtiyatlara, əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir.Dövlət tərəfindən turizmin inkşafına göstərilən davamlı dəstək tədbirləri müsbət nəticələr verir və ölkəmizə gələn turistlərin sayı ilbəil artır. Ölkəmizdə qeyri-neft sektorunun inkşafı istiqamətində görülən işlər turizm sahəsində də özünü göstərir. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində turizm ölkə iqtisadiyyatının aparıcı sahəsinə çevrilir. Belə ki, son illər turizm infrastrukturunun genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanda turizmin inkişafına təkan verir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamına əsasən, Dövlət Turizm Agentliyinin (DTA) yaradılması bu tədbirlərin xüsusi istiqamətdə daha intensiv şəkildə aparılmasına və genişləndirilməsinə təkan verib.

Ölkəmiz zəngin turizm potensialına malikdir. Azərbaycanın turizm potensialını dəyərləndirərkən qeyd etmək gərəkdir ki, Azərbaycan turizm sənayesinin inkşafı üçün zəngin ehtiyatlara, əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. Azərbaycanda 1200-dən çox irili-xırdalı çay axır. Böyük Qafqazın cənub ətəklərindən axan çaylar, çoxsaylı şəlalələr, şəffaf Göygöl, Maralgöl, Qobustanın sərt və eyni zamanda mənzərəli palçıq vulkanları,Lənkəranın nadir qoruqları,Abşeron və Nabran bölgəsinin müalicəvi əhəmiyyətli narın qumlu çimərlikləri Azərbaycanın zəngin turizm potensialının əhəmiyyətli tərkib hissəsidir.

Pirşağı qəsəbəsi, 112 saylı tam orta məktəbin fizika müəllimi

Eldarlı Nilufər

Oxşar xəbərlər