Konfrans Liqası: Püşkatma təkrarlana, “Qarabağ”ın rəqibi dəyişə bilər

Konfrans Liqası: Püşkatma təkrarlana, “Qarabağ”ın rəqibi dəyişə bilər UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatması təkrarlana bilər.

"Report” xəbər verir ki, buna səbəb tədbir zamanı yanlışlığa yol verilməsidir.

İngiltərədə “Tottenhem” və Fransanın “Renn” klubları arasında G qrupunun VI tur matçı koronavirusa görə təxirə salındığından və UEFA həmin görüşlə bağlı qərar vermədiyindən püşkatmada hər iki klub iştirak edib. Reqlamentə əsasən, pley-offda eyni ölkə təmsilçiləri üz-üzə gələ bilməz. Bu səbəbdən İngiltərənin digər klubu olan “Lester”in rəqibi müəyyənləşərkən “Tottenhem” və “Renn” klublarının adlarının yer aldığı şar kənarda saxlanılıb. Nəticədə Danimarka “Randers”i “tülkülər”ə rəqib olub.

Oxşar xəbərlər