Ermənilər ölənlərin siyahısını tədricən açıqlayır

Ermənilər ölənlərin siyahısını tədricən açıqlayır Ermənistan noyabrın 6-da sərhəddə baş verən atışmada ölən hərbçilərinin bir qisminin adını açıqlayıb.

“Hraparak” xəbər verir ki, hazırkı məlumatlara görə, noyabrın 16-da Ermənistanın şərq istiqamətində gedən döyüşlərdə erməni tərəfinin 6 hərbçisi ölüb.

Onlar 1990-cı il təvəllüdlü, baş leytenant Taron Saakyan, 1991-ci il təvəllüdlü, müqaviləli hərbçi, kiçik çavuş Merujan Arutyunyan, 1990-cı il təvəllüdlü Qurgen Sarkisyan, 1998-ci il təvəllüdlü kiçik çavuş Artur Martirosyan, 1980-ci il təvəllüdlü David Amiryandır. Həlak olan digər bir əsgərin kimliyi hələ də araşdırılır.

Yazıda o da qeyd olunub ki, itkin düşənlərin tapılması istiqamətində iş aparılır.

Oxşar xəbərlər