
“Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya müsahibəsində deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfi qarşılıqlı addımlar atacaq, gömrük məntəqələri yaradacaq. O qeyd edib ki, artıq işlərə başlanılıb.
Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, alternativ Qafan-Tatev yolu artıq hazırdır və bu yol vasitəsilə həm Gorusa, həm də İrəvana getmək olar. Bu o deməkdir ki, Ermənistanın həm avtomobillərin keçidi, həm də yüklərin daşınması üçün təhlükəsiz alternativi var.
Bundan əlavə, hazırda Şurnux, Vorotan və Çakatənə gedən icmadaxili yolların təmiri davam etdirilir.