Suqovuşan artıq gerçək sahibinə - Azərbaycana aiddir!

Suqovuşan artıq gerçək sahibinə - Azərbaycana aiddir! Bu gün Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Suqovuşan kəndi Azərbaycan Respublikası Tərtər rayonunun kəndlərindən biridir. Madagiz əvvəllər Ağdərə rayonu inzibati ərazisinə aid olub. Madagiz ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Lakin 1994-cü ilin aprelində Ermənistan tərəfindən işğal edilib.Kənd ərazisində Madagiz su anbarı və Madagiz-1 su elektrik stansiyası yerləşir. Madagiz 3 oktyabr 2020-ci il, Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Bu şad xəbəri əhaliyə Azərbaycan Prezienti, Ali Baş Komandan İlham Əliyev elanedib. Daha sonra Ali Baş Komandan oktyabrın 3-də özünün rəsmi Twitter səhifəsində ordumuzun Madagizi işğaldan azad etdiyini bildirib ve 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib. Bundan əlavə Prezident İlham Əliyev Madagizin tarixi adını bərpa edərək, onun "Suqovuşan" adlandırılması barədə tapşırıq verib. Əlbəttə, bu çox əlamətdar hadisə idi, müharibənin ilk günlərində strateji qəsəbənin işğaldan azad olunması əsgərlərimizin bu döyüşdə ruh yüksəkliyinin daha da artmasının əsas səbəblərindəndir. Ümumiyyətlə, deyə bilərik ki, Suqovuşan Qarabağ müharibəsinin əsas düyünü idi. Aydın idi ki, bu mühüm ərazi düşməndən təmizləndikdən sonra Ağdərə və Ağdam istiqamətində Ermənistan ordusu uzun müddət duruş gətirə bilməyəcək. Ağdərə və Ağdamın da azad edilməsindən sonra isə Xankəndinə hücum üçün əlverişli imkan yaranır. Azərbaycan ordusunun bu uğurundan Ermənistan ordusunun gözü qorxduğu ortada idi. Təsadüfi deyil ki, Ermənistan ordusunda on mindən cox fərari olmuşdur.Bu qədər fərarisi olan ordu əlbəttə ki, müqavimət göstərə bilməzdi. Nəhayət 30 il ərzində ilk dəfə bu il Suqovuşan su anbarından istifadə edərək Tərtər və digər rayonlara su verildi. “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyalarının bərpası ilə əlaqədar işlər görülməyə başlamış və artıq bu stansiyalar artıq işlək vəziyyətdədir. Eyni zamanda kənd həm Ağdərə, həm də Sərsəng su anbarına yaxındır. Ona görə bu ərazi yerli iqtisadi infrastrukturun mərkəzlərindən hesab olunur.

İşğalçı Ermənistan bilməlidir ki, daha bizə qarşı hər hansı bir təxribat, bəyanat olarsa, heç kimə baxmadan adekvat cavabları veriləcək, yəni Azərbaycanın dəmir yumruğu ilə qarşılaşacaq. Suqovuşan artıq gerçək sahibinə - Azərbaycana aiddir! Suqovuşanın düşmən tapdağından qurtulduğunu böyük sevinclə qarşılayan kənd sakinləri doğma yurdlarına qayıdacaqları, ata-baba torpaqlarına ayaq basacaqları günü səbirsizliklə gözləyirlər...

Ramana qəsəbəsi, 198 saylı tam orta məktəbin

Riyaziyyat müəllimi Hüseynova Təranə

Oxşar xəbərlər