ÜST məktəbləri açıq saxlamağa çağırır - ŞƏRT

ÜST məktəbləri açıq saxlamağa çağırır - ŞƏRT Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə ofisi ardıcıl dördüncü həftədir ki, COVID-19 infeksiyasına yoluxma sayında davamlı artım qeydə almasına baxmayaraq, təşkilat məktəblərə uyğun profilaktik və cavab tədbirləri görmək şərtiylə qapanmamağı tövsiyə edir.
Trend bildirir ki, ÜST-ün Avropadakı ofisinin rəhbəri Hans Kluq bildirib ki, keçən il məktəblərin bağlanması, milyonlarla uşaq və yeniyetmənin təhsilini yarıda qoyması, xüsusən də uşaqların psixi və sosial rifahına xeyirdən çox zərər vurdu: "Biz eyni səhvi təkrarlaya bilmərik", - deyə o vurğulayıb.

Son məlumatlara görə, oktybarın üçüncü həftəsində Avropa regionu üzrə yoluxma saylarında 57%-dək artım qeydə alınıb.

Bu günə qədər Avropa regionunda 76 milyon COVID-19 yoluxma halı və virusdan 1,4 milyon ölüm halı qeydə alınıb.

Oxşar xəbərlər