Çindən kənarda koronavirusa yoluxanların sayı açıqlandı

Çindən kənarda koronavirusa yoluxanların sayı açıqlandı Çindən kənarda yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 1769 nəfərə çatıb.
Trend xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, saat 13:00 (GMT+4) üçün Çindən kənarda 367 yoluxma halı qeydə alınıb, ölənlərin sayı 17 nəfərə çatıb. Ümumilikdə yoluxma halları Çindən kənarda 28 ölkədə qeydə alınıb.

Qeyd edək ki, yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 77042 nəfərə çatıb, onlardan 2445 nəfəri ölüb, 22,8 mindən artıq insan isə sağalıb.

Oxşar xəbərlər