Xüsusi təyinatlılarımız Şuşaya bu yolla girib - VİDEO

Xüsusi təyinatlılarımız Şuşaya bu yolla girib - VİDEO Tanınmış həkim Vasif İsmayıl Şuşa şəhərinə səfərində döyüşdən geriyə qalan maraqlı kadrları çəkib.
V. İsmayıl çəkdiyi videoları sosial şəbəkə hesabında paylaşıb.

Görüntülərdə Şuşa qalası üzərində çoxsaylı gilizlər, qumbara halqaları, yanmış əlcək və jilet əks olunub.

Həkim həmçinin Şuşaya girən xüsusi təyinatlı qüvvələrimizin əraziyə daxil olduğu istiqaməti də lentə alıb.

Əsgərlərimizin ermənilərin Xankəndidən gələn yolunu bu hissədən tam nəzarətə götürdüyü qeyd olunub.

Bizim.Media sözügedən kadrları təqdim edir:






Oxşar xəbərlər