Yerli bank filiallarının fəaliyyətini dayandırır - işçiləri ixtisar olunub

Yerli bank filiallarının fəaliyyətini dayandırır - işçiləri ixtisar olunub “Muğanbank” ASC filiallarının fəaliyyətini müvəqqqəti dayandırır.

Bank cari ilin ilk yarısını 6 filialının fəaliyyətini müvəqqəti dayandırması ilə bağlı yığıncaq keçirib. Sözügedən filiallara “Sənaye”, “Tovuz”, “Ticarət”, “Sahil”, “İsmayıllı” və “Sabirabad” filialları daxildir.

“Muğanbank” ASC həmçinin 2020-ci il ərzində isə “Quba”, “Lənkəran”, “Şəki”, “Premyer”, “Şəmkir”, “Abşeron”, “Biznes”, “Qazax”, “Olimp”, “Göyçay” filiallarının fəaliyyətini müvəqqəti dayandırıb.

Qeyd edək ki, bank işçilərinin sayı ötən ilin ilk yarısı ilə müqayisədə 114 nəfər və ya 17% azalaraq 2021-ci ilin 30 iyun tarixinə 555 nəfərə düşüb. Cari ilin birinci rübü ilə müqayisədə isə işçilərin sayında 2,3% azalma müşahidə olunub.

Xatırladaq ki, “Muğanbank” ASC-nin səhmləri Elmir Maqbet oğlu Mehdiyev, Maqbet Rəhim oğlu Mehdiyev, Vəfa Əhməd qızı Vəliyeva və Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur.

Oxşar xəbərlər