Vaqif məqbərəsinin yenidən qurulması Şuşanın Azərbaycan şəhəri kimi təsdiqidir

Vaqif məqbərəsinin yenidən qurulması Şuşanın Azərbaycan şəhəri kimi təsdiqidir Vaqif məqbərəsinin yenidən qurulması Şuşanın Azərbaycan şəhəri kimi təsdiqidir

“Müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin şah əsəridir”.

İlham Əliyev

Bu günlərdə - 29 avqust 2021-ci il tarixində xalqımız üçün çox böyük tarixi hadisə, möhtəşəm bir gün yaşandı. Qədim mədəniyyət mərkəzi olan Şuşada Azərbaycan şairi və ictimai-xadim Molla Pənah Vaqifin məqbərəsinin açılışı oldu.

Ədəbiyyatımıza yenilik gətirən, ədəbi məktəb yaratmış ölməz sənətkar Molla Pənah Vaqifin xatirəsini əbədiləşdirmək üçün hələ 39 il bundan əvvəl- 1970-ci illərdə xalqına həm ağıl, zəka ilə, həm də qəlblə xidmət edən Heydər Əliyev Vaqifin məqbərəsinin yaradılması ilə bağlı göstəriş vermişdir. 1977-ci ildə muzey-məqbərə kompeksinin inşasına başlanmışdır. Nəhayət, 1982-ci ildə qarlı, boranlı bir havada muzeyin açılışı baş tutmuşdur.

Təəssüflər olsun ki, 1992-ci ildə Şuşanı işğal edən ermənilər beynəlxalq hüquq normalarını pozaraq bütün tarixi, mədəni abidələrimizi, eləcə də Vaqifin məqbərəsini darmadağın etdilər. Bütün bunlar xalqımız üçün böyük fəlakət, faciə idi. Nəhayət, 28 il sonra düşmən üzərində şanlı qələbə çalıb, əsarətdə olan torpaqlarımızı geri qaytardıq. İlham Əliyev qüdrətli əməli, coşqun fəaliyyəti, dönməz iradəsi ilə sübut etdi ki, öz xalqını hədsiz dərəcədə sevən, xalqı naminə yaşayan insanlar var. Onun polad kimi əyilməyən möhkəm iradəsi, düzgün qərar qəbul etmək bacarığı, dövlət intizamını tənzimləyən dəst-xətti hamını mat qoydu.

Hal-hazırda müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi, əsasını qoyduğu, zaman-zaman reallaşdırdığı strateji yolla inkişaf etməkdədir. Ümummili liderin əsasını qoyduğu bu ənənə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir və işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri aparılır. Belə işlərdən biri də Vaqifin məqbərəsinin yenidən bərpa edilməsi oldu. Açılış zamanı Prezident İlham Əliyev bildirdi: “ Müharibədən sonra mən ilk dəfə Şuşaya bu il yanvarın 14-də gəlmişdim. Bu tarix də təsadüfən seçilmədi. Çünki o tarixdən 39 il əvvəl burada Ulu Öndərin iştirakı ilə Vaqifin məqbərəsi açılmışdı və məhz yanvarın 14-də mənim bura gəlməyimin çox böyük rəmzi mənası var idi. Buraya ilk səfərimdə göstərişlərdən biri o oldu ki, Vaqifin məqbərəsi bərpa edilsin”. Məqbərədə təmir-bərpa işləri Heydər Əliyev Fondu tərəfindən aparıldı. 2021-ci ilin mart ayından başlayaraq türbə

ilkin mərhələdə konstruktiv müayinədən keçirilərək, tələb olunan hissələr üzrə gücləndirmə tədbirləri araşdırılıb və işçi layihələr hazırlanıb. Abidənin dam örtüyü yenidən qurulub, fasadı mərmərlə üzlənib. Məqbərənin giriş qapısı tökmə üsulu ilə alüminium materialdan tarixi ölçüləri qorunmaqla hazırlanıb. Ümumiyyətlə, abidənin hər detalında tarixilik saxlanılıb. Beləliklə, avqustun 29-da abidənin möhtəşəm açılışı baş tutdu, Vaqif Poeziya Günləri bərpa edildi. Xalqımız qürur hissi və böyük coşqu ilə açılışı izlədi.

Azərbaycan xalqı bunlara, gözəl günlərə layiqdir. İgidlərimizin canı, qanı bahasına alınan torpağımızda al lalələr baş qaldıracaq, onların nəfəsi hopmuş torpağın ətri yurdumuzu dolaşacaqdır.

Əsgərova Lumuxanım İlham qızı

28 №-li tam orta məktəbin

Azərbaycan dili və ədəbiyyatı müəllimi

Oxşar xəbərlər