
Xarici KİV xəbər verir ki, Tramp Əfqanıstandakı vəziyyəti ABŞ-ın məğlubiyyəti adlandırıb.
“Co Baydenin Əfqanıstanda etdiyi şey əfsanədir. ABŞ tarixinin ən böyük məğlubiyyətlərindən biri kimi tarixə keçəcək”.
Tramp Talibanın Kabili ələ keçirməsindən sonra Baydenə istefa çağırışı edib:
“Baydenin Əfqanıstanda yaşananlara icazə verdiyi üçün utanc içərisində istefa vermək vaxtı çatıb”.
Tramp həmçinin istefa vermək çağırışının vacib bir şey olmadığını söyləyib:
“Bu o qədər də vacib deyil. Çünki qanuni şəkildə seçilməyib”.
Qeyd edək ki, ABŞ-la Taliban arasındakı razılaşmaya əsasən, bu il beynəlxalq qüvvələrin Əfqanıstan çəkilmək prosesi başlayıb.
Bu prosesin davamı olaraq artıq ötən gündən etibarən Taliban bütün Əfqanıstanda nəzarəti ələ keçirib.