
Bu barədə Dövlət Departamentinin saytında məlumat yayılıb .
Xəlilzad Əfqanıstanda kəskin şəkildə pisləşən vəziyyətə bir sıra birgə beynəlxalq reaksiyaların formalaşdırılmasına kömək etməlidir.
Nazirlikdən verilən məlumata görə, üç gün ərzində Qətərin paytaxtında keçiriləcək görüşlərdə bölgə ölkələrinin və digər dövlətlərin, eləcə də beynəlxalq təşkilatların nümayəndələri zorakılıq səviyyəsinin azaldılması, atəşkəs təmin olunması və gücün köməyi ilə hakimiyyətə gələn hökumətin tanınmaması öhdəliyi götürülməlidir.
Talibanla danışıqların bu gün başlayacağı bildirilir.