g

g Salyan rayon Şorsulu Bələdiyyəsinin fəaliyyətində əsas məqsəd kəndin aztəminatlı ailələrinə kömək olmaq və kəndin abadlaşdırılmasına çalışmaqdır. Vətəndaşların qəbulu, onların müraciətlərinin baxılması və həllinin təmin olunması daima diqqətimizdədir.

Bələdiyyələr özünüidarəetmə orqanı olduğu üçün, qanunla müəyyən edilmiş qaydada büdcəsi yerli vergi və ödənişlər əsasında formalaşır. Şorsulu bələdiyyəsi yığılan həmin vəsaiti kəndin abadlaşdırılmasına, ekoloji vəziyyətinin yaxşılaşdırılmasına, maddi köməyə ehtiyac olan kənd sakinlərinin problemlərinin həllinə yönəldib.

Azərbaycan Respublikası Prezdenti İlham Əliyevin sistemli düşünülmüş və qətiyyətli sosial-iqtisadi siyasəti ölkənin davamlı inkişaf etdirmək bacarığı regionların inkişafına göstərdiyi diqqət ötən illərdə olduğu kimi qarşıdakı illərdədə Dövlət proqramından irəli gələn vəzifələrin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsini və bölgələrin tarazlı inkişafını təmin edəcəkdir. 2020-ci il sentyabrın 27-də başlayan və 44 günlük Vətən müharibəsində Qarabağ torpaqlarının ermənistan işğalçıları tərəfindən 30 illik işğalına son qoyuldu. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında müqəddəs torpaqlarımız mənfur düşməndən təmizləndi. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələrinə və qazilərimizə Prezident İlham Əliyevin tapşırığına əsasən, qayğı və diqqət nəinki dövlət qurumları tərəfindən, həm də cəmiyyətin böyük bir hissəsinin vətəndaşlıq borcuna və vəzifəsinə çevrilidi. Bu isə cəmiyyətdə birliyin və qarşılıqlı etimadın yeni forması kimi bütün təbəqələrdən olan insanlar tərəfindən xoş ovqatla qarşılandı, onların dövlətimizə və Ali Baş Komandanımıza inam hisslərini, məhəbbətini gündən-günə daha da artırdı.

Dünyanı cənginə almış koronavirus pandemiyası bütün dünya ölkələri, cəmiyyətlər üçün tibbi, sosial, iqtisadi və digər istiqamətlər baxımından ciddi sınaq oldu. Koronavirus infeksiyası ən inkişaf etmiş ölkələrdə belə, hər gün çoxlu sayda insanın həyatına son qoyur. Azərbaycanda bu virusa qarşı mübarizədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qabaqlayıcı tədbirlər vaxtında həyata keçirilmiş və bütün resurslar ölkə əhalisinin sağlamlığının qorunmasına yönəldilmişdir. Təqdirəlayiqdir ki, koronavirus təhlükəsinin ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin vaxtında həyata keçirilməsi nəticəsində, Azərbaycanda epidemiyanın geniş yayılmasına imkan verilmədi. Bu baxımdan dövlətimiz ən zəruri olan addımları atdı.

Hazırda ölkəmizdə əhalinin peyvəndlənməsi işlərinin yüksək səviyyədə təşkilinin nəticəsidir ki, cəmiyyətimizin müxtəlif təbəqələrindən olan üç milyondan artıq insan peyvənd olunmuşdur. Vaksinasiyanın əhatə dairəsini daha da genişləndirmək üçün, əhali arasında tərəfimizdən də maarifləndirmə işləri aparılmışdır və bu davam edir.

Pandemiya ilə əlaqədar sakinlərimizin problemlərini yerində öyrənir və həllinə çalışırıq.

g

Oxşar xəbərlər