İngiltərədə koronavirus qadağaları ləğv edilir - Yeni qaydalar

İngiltərədə koronavirus qadağaları ləğv edilir - Yeni qaydalar İngiltərədə maska qadağası ləğv ediləcək.

“Xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Boris Conson deyib. O, koronavirusla bağlı məhdudiyyətlərin 19 iyuldan ləğv ediləcəyi ilə bağlı danışarkən normallaşma prosesinə çox az vaxt qaldığını bildirib.

Baş nazir 19 iyuldan 1 metrlik sosial məsafə qaydasının ləğv ediləcəyini, gecə klubları və böyük istirahət mərkəzləri də daxil olmaqla bütün iş yerlərinin açılacağını və maska taxmağın məcburiyyət olmayacağını söyləyib.

B.Conson 18 yaşdan yuxarı hər kəsin sentyabrın sonuna qədər peyvənlənəcəyini açıqlayıb. O, həmçinin qeyd edib ki, 2 doza peyvənd vurduran şəxs koronaviruslu biri ilə təmasda olsa belə, təcrid edilməsinə ehtiyac qalmayacaq.

Oxşar xəbərlər