Ailəsindən bacı-qardaşa qarşı tükürpədən əməl - Türkiyə ayağa qalxdı - FOTO

Ailəsindən bacı-qardaşa qarşı tükürpədən əməl - Türkiyə ayağa qalxdı - FOTO Türkiyənin Balıkesir şəhərində ötən il prokurorluğa gedən nənə (ata nənəsi) G.S. o dövrdə 6 və 9 yaşında olan iki nəvəsinin cinsi istismara məruz qaldığını deyib.
“Hurriyet” xəbər verir ki, G.S keçmiş gəlini Merve A. və onun indiki həyat yoldaşı Rahmi.A-dan şikayət edib.
Prokurorluq nənələrinin yanında qalan ibtidai sinif şagirdi qızla özündən böyük qardaşının ifadəsini alıb.
Uşaqlardan biri anasının atası ilə boşandıqdan sonra Rahmi A.ilə evləndiyini, lakin eyni zamanda başqa 4 nəfərlə münasibətdə olduğunu söyləyib. Azyaşlı anası ilə münasibətdə olan şəxslər tərəfindən cinsi istismara məruz qaldığını bildirib. Uşaq həm anasından, həm ögey atasından, həm də dayısından şikayətçi olub.
Azyaşlı həmçinin ana nənəsinin və dayısının onları döydüyünü deyib. 9 yaşlı qardaş da bacısının sözlərini təsdiqləyərək ana nənəsi ilə daysının onları elektrik kabelləri ilə döydüyünü söyləyib. Oğlan ögey atasının və dayısının onun məhrəm yerlərinə toxunduğunu bildirib.
Kiçik qızla qardaşı başlarına gələnləri həmçinin rəsm formasaında da çəkiblər. Həmin rəsmlər sübut kimi məhkəməyə təqdim edilib.
Ana və ögey ata uşaqların ifadəsi ilə bağlı deyilənlərin yalan olduğunu bildirərərk azadlığa buraxılmalarını tələb ediblər.
Türkiyə Ailə və Sosial xidmətlər Nazirliyi bacı-qardaşa psixi-sosial dəstək verildiyini açıqlayıb.
Ötən il oktyabrın 16-da keçirilən ilk məhkəmə prosesində ana və ögey ata həbs edilsə də, yanvarın 5-dəki məhkəmədən sonra onlar azadlığa buraxılıblar.
Mart və may aylarında Ailə və Sosial xidmətlər Nazirliyi qərara etiraz edərək Merve A və Rahmi A-nın həbsini tələb edib.
Cütlüyün azadlığa buraxılması Türkiyədə böyük etirazlarla qarşılanıb.
Digər tərəfdən uşaqların hadisə ilə bağlı dindirildikləri səsyazısı da yayımlanıb. Bir sıra hüquqşünaslar eyni hadisənin uşaqlara həm danışdırılması, həm yazılması, həm etdirilməsinin onların psixologiyasına ağır zərbə olduğunu deyərək hüquqlarının pozulduğunu bildiriblər.
Sosial şəbəkə istifadəçiləri “elmalıdavası” həştəqi yaradaraq qərara öz etirazlarını bildiriblər. Türkiyəli tanınmış jurnalistlər, aktyorlar, müğənnilər, psixoloqlar və yüzlərlə tanınmış şəxs, həmçinin “Galatasaray”, “Fenerbahçe”, “Trabzonspor” və “Beşiktaş” klubları da paylaşım edərək ədalət tələb ediblər.
Türkiyə baş prokurorluğu növbəti məhkəmə prosesinin 17 sentyabra təyin edildiyini açıqlayıb.

Ailəsindən bacı-qardaşa qarşı tükürpədən əməl - Türkiyə ayağa qalxdı - FOTOAiləsindən bacı-qardaşa qarşı tükürpədən əməl - Türkiyə ayağa qalxdı - FOTO

Oxşar xəbərlər