
"Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva məsələ qaldırıb. Onun sözlərinə görə, hər gün yüzlərlə insan yazır ki, Azərbaycana gəlmək istəyir, amma biletlər əksər ölkələrlə müqayisədə qat-qat bahadır:
“Mən bu məsələni bir dəfə də qaldırmışdım. Amma nəticə olmadı. Gediş-gəliş edən tək turistlər deyil, tələbələrimiz, xəstələrimiz də var. Mən xahiş edirəm ki, bu məsələyə baxılsın. AZAL-a çağırış edirəm, müvafiq qurulmara da müraciət edirəm ki, məsələyə baxılsın".