
“Bu barədə AK prezidenti Ursula fon der Leyen “Twitter” hesabından xəbər paylaşıb.
“Aİ ölkələrində 346 milyon doza vaksin vurulub, 424 milyon peyvənd əldə edilib” – deyə komisiya rəhbəri qeyd edib.
Aİ ölkələri qarşısında iyul ayının sonunadək əhalinin 70 faizini tam peyvəndləmək vəzifəsi qoyulub. Uşaq və yeniyetmələrin də peyvəndlənməsinə başlanılıb.