Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək Rəcəb Tayyib Ərdoğan qarşıdakı həftələrdə Azərbaycana səfər edəcək.

Bunu “Report”a Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib.

O bildirib ki, bu səfərdən sonra Türkiyənin də Qarabağın yenidənqurulması və restavrasiyası ilə bağlı fəaliyyəti intensivləşəcək.

“Bu günlərdə Azərbaycan və Türkiyə Prezidentləri səviyyəsində, işğaldan azad edilmiş Azərbaycan ərazilərində yenidənqurma və restavrasiya işlərinin necə planlaşdırılması haqqında müzakirələr gedir”, o bildirib.

Oxşar xəbərlər