
Salınmış yaşıllıqlar arasında boylanan, zövqlə əkilmiş gül-çiçək, yaraşıqlı işıqlandırma sistemi rayona gələn qonaqların könlünü oxşayır. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafına yönəlmiş Dövlət proqramları burada uğurla icra edilir, qazanılan nailiyyətlər əhalinin sosial vəziyyətinin yüksəlməsinə sərf olunur.
Ölkə Prezidenti cənab İlham Əliyevin Mingəçevir şəhərinə daim diqqət və qayğısı sayəsində, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun az bir zaman kəsiyində apardığı məqsədyönlü, ardıcıl tədbirlər, qədirbilən mingəçevirlilərin qurub-yaratmaq əzmini daha da gücləndirmişdir.
Bəli, bu gün qədim Kür qoynunda uyuyan Oğuz yurdu Mingəçevir böyük tərəqqi yolundadır. Davamlı inkişaf edən Mingəçevirdə firavanlıq, sabitlik, əmin-amanlıq hökm sürür. Qədirbilən, zəhmətkeş, mərd mingəçevirlilər bunu hər gün, hər saat, hər an hiss edirlər.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü qeyd edildi

Mingəçevir şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü ilə bağlı onlayn formatda silsilə tədbirlər həyata keçirilmişdi.
Bu gün Ulu Öndərin xatirəsinə böyük hörmət və ehtiram əlaməti olaraq şəhər mərkəzindəki abidəsini ziyarət etmək üçün şəhərin hüquq mühafizə orqanları, İcra hakimiyyəti, YAP şəhər təşkilatı, ictimayyət nümayəndələri və RİİB gəncləri öndərin adını daşıyan mərkəzin qarşısındakı heykəli önünə tər çiçəklər qoyublar. Daha sonra mərkəzdə ulu öndərin 98-ci il dönümü ilə bağlı keçirilən onlayn tədbirlərdə qalib olmuş məktəbli şagirdlər, idmançılar və Mingəçevir Dövlət Universiteti, Turizm Kollecinin tələbələrinin mükafatlandırma mərasimi keçirilib. Mükafat alanları başçı təbrik edib onlara fəxri fərmanlar və hədiyyələr təqdim edib.
Daha sonra şəhərin Nizami parkında ağacəkmə aksiyası keçirilib. Aksiyada çıxış edən icra başçısı İlham İsmayılov bildirib ki, Nizami parkının ərazisi genişləndirilərək parkda bu ilin sonuna kimi Nizaminin büstü də qoyulacaq. Qeyd edək ki, bu gün parkın ərazisinə 400-ə yaxın qara ağac, akasiya və görüş ağacları əkilib.
