
Heydər Əliyev zəkası məkan və zaman anlayışı tanımayıb. Naxçıvanda sadə bir ailədə dünyaya gələn bu böyük insanın siyasət olimpinə yolu təlatümlərdən, çətin sınaqlardan, aramsız mübarizələrdən keçib.
Heydər Əliyev ömrü insan ruhunun qüdrətinə, yenilməzliyinə, qalib gəlmək əzminə parlaq nümunədir. Ulu Öndərin doğum günündə onun keçdiyi ömür yolu kitab kimi vərəqlənir, xatirələr dilə gəlir.
Bu dahi şəxsiyyətin xalqı qarşısında daha bir müstəsna xidməti İlham Əliyev kimi oğul yetişdirməsi, özündən sonra layiqli varis qoymasıdır. Yeni əsrin lideri olan Prezident İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, praqmatik siyasəti ilə ölkəmizi irəli aparır. Xalq dövlətin sükanının etibarlı əllərdə olduğuna əmindir, öz Prezidentinə inanır və onun arxasınca inamla gedir. Hər il mayın 10-da Fəxri xiyabanda böyük izdiham yaşanır. İnsanlar axın-axın Ulu Öndərin abidəsi önündən keçir, ruhu qarşısında baş əyirlər.

Fotoobyektiv bu anları da tarixin yaddaşına köçürüb. Fəxri xiyabanda yaşanan izdiham xalqın öz böyük oğluna olan məhəbbət və ehtiramının ifadəsi olaraq bu fotolarda əksini tapıb. Onları seyr etdikcə tam əminlik yaranır ki, xalqın Heydər Əliyevə məhəbbəti əbədidir. Nə qədər Azərbaycan var, nə qədər bu millət var, Heydər Əliyev də var olacaq, yaşayacaq.
Sabunçu Rayon Qeydiyyat Şöbəsinin hər bir əməkdaşı Ulu Öndər Heydər Əliyevin şərəfli azərbaycançılıq irsinin, Vətənə sədaqətlə xidmət və peşəkarlıq məktəbinin layiqli davamçısı olmaqdan daim qürur duyur!
Hazırladı: Abbas Aranlı