Qaz Emalı Zavodu təbii qazın, qaz kondensatının, yüngül karbohidrogenlərin geniş fraksiyasının emalı, quru qaz, qaz benzini, texniki butan, texniki propan-butan qarışığı, ağır kondensat məhsullarının və digər malların istehsalını həyata keçirir

Qaz Emalı Zavodu təbii qazın, qaz kondensatının, yüngül karbohidrogenlərin geniş fraksiyasının emalı, quru qaz, qaz benzini, texniki butan, texniki propan-butan qarışığı, ağır kondensat məhsullarının və digər malların istehsalını həyata keçirir Qaz Emalı Zavodunun direktoru Aqşin Paşayev - Qaz Emalı Zavodu Azərbaycan Respublikası Prezidentinin 2 may 2007-ci il 2142 saylı Sərəncamı və "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında" 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanına dəyişiklik və əlavələr edilməsi haqqında 07 oktyabr 2009-cu il tarixli 164 nömrəli Fərmanına uyğun olaraq ARDNŞ-in strukturuna aid edilmişdir.

Qaz Emalı Zavodu 1958-ci ildə keçmiş Sovet İttifaqının "QİPROAZNEFT" institutu tərəfindən layihələndirilmişdir. Zavodun əsas məqsədi hasil olunan təbii qazın, qaz kondensatının, yüngül karbohidrogenlərin geniş fraksiyasının qabaqcıl texnika və texnologiyalara əsaslanaraq rəqabətə davamlı şəkildə emalını təşkil etməkdir.

Qaz Emalı Zavodu təbii qazın, qaz kondensatının, yüngül karbohidrogenlərin geniş fraksiyasının emalı, quru qaz, qaz benzini, texniki butan, texniki propan-butan qarışığı, ağır kondensat məhsullarının və digər malların istehsalını həyata keçirir.

Zavodun tikintisinin birinci mərhələsi 1961-ci ildə başa çatdırılmışdır. I mərhələdə 3 №li texnoloji sexin qazdan benzin ayıran qurğuları və 4 №li texnoloji sexin qaz kondensatının emalı və qeyri-sabit qaz benzininin fraksiyalaşdırılması qurğusu əsas istehsalata xidmət edən bütün yardımçı sahələrlə birlikdə istismara verilmişdir. 1963-cü ildə tikintinin II mərhələsində 2 №li texnoloji sexin qazdan benzin ayıran qurğuları, 1964-cü ildə isə 1 №li texnoloji sexin qazdan benzin ayıran qurğuları tikilərək istismara buraxılmışdır. Zavodun ilkin layihə gücü il ərzində 4,5 mlrd. m3 təbii qazı emal etməyə imkan verirdi. 1986-cı ildə zavodun istehsal gücünün artırılması məqsədi ilə aparılmış rekonstruksiya işləri nəticəsində illik emal gücü 6,5 mlrd. m3-ə çatdırılmışdır. Rekonstruksiya layihəsi çərçivəsində zavod ərazisində yeraltı təbii qaz boru kəmərləri estakada üzərinə çəkilmiş, yeraltı su kəmərləri yerüstü kəmərlərlə əvəz edilmiş, iki qaz ölçü qovşağı tikilmişdir. 2003-2004-cü illərdə Qaz Emalı Zavodunda hər biri iki xətli olmaqla 2 ədəd zavoddan qazın "yüksək təzyiqli çıxışı" və qazın "ümumi çıxışı" ölçü qovşaqları tikilib istifadəyə verilmişdir.

2009-cu ildə zavoddan qazın «ümumi çıxışı» qaz ölçü qovşağında əlavə bir xətt tikilib istifadəyə verilmişdir. Uzunmüddətli istismardan sonra 1994-cü ildə qazdan benzini ayıran qurğulardan 6 saylı QBAQ-ın istismarı dayandırılsa da, 2008-ci ildə qurğunun K-1 birinci pillə absorber aparatlarının əsaslı təmirindən sonra 5 saylı QBAQ-ın sxeminə qoşulması nəticəsində zavodun rekonstruksiyadan sonrakı emal gücünü bərpa etmək mümkün olmuşdur. 2007-2009-cu illərdə Qaz Emalı Zavodunun 1-3 saylı texnoloji sexlərinin 1, 2, 3, 4 və 5 saylı QBAQ-ları əsaslı təmir olunmuş, 4 saylı sexdə, əmtəə və aralıq əmtəə parklarında böyük həcmli əsaslı təmir işləri aparılmışdır.

Bundan əlavə, əmtəə və aralıq-əmtəə parklarında müasir tipli optiflex1300 səviyyəölçən cihazlar, 7 saylı sexdə sərfölçən cihazlar, zavoda daxil olan xammal qazın və xaric olan quru qazın sərfinin təyin olunması üçün FloBoss 407 tipli cihaz quraşdırılaraq istismara buraxılmışdır.

Qaz Emalı Zavodunun təşkilati strukturu 8 istehsalat və xidmət sahələri, mərkəzi laboratoriya və mərkəzi anbardan ibarətdir.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Qaz Emalı Zavodunun direktoru Aqşin Paşayevdir.

Qaz Emalı Zavodunun direktoru Aqşin Paşayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Aqşin Paşayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Aqşin Paşayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Aqşin Paşayevdən danışdılar yaxşı ki, Aqşin Paşayev Qaz Emalı Zavodunun direktorudur… Aqşin Paşayev öz isguzarlığı ilə tanınır və seçilir….

Aqşin Paşayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Aqşin Paşayevi heç vaxt əqidəsindən döndərə bilməz.

Aqşin Paşayev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Aqşin Paşayev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Aqşin Paşayev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Aqşin Paşayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Aqşin Paşayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Aqşin Paşayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Qaz Emalı Zavodunun direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Aqşin Paşayev özünü doğruldub. Bizdə hörmətli Aqşin Paşayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Oxşar xəbərlər