
Azərbaycan məsələyə Türkiyə ilə eyni reaksiyanı bildirib. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar hər zaman qardaş Türkiyənin yanında olduqlarını bildirir və xəstə erməniçilik idealları bəsləyən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pisləyirlər. Bunun nəticəsidir ki, Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı mövqeyinə dair bəyanat yayıb. Bu da bir daha bizim xalq olaraq yalnız sözdə deyil, əməldə də hər zaman qardaş türk xalqının yanında olmağımıza bariz nümunədir.
Azərbaycan bir daha sübut etdi ki, Türkiyəni incidənlər Azərbaycanın da üzərinə gəlib. Ona görə də, ABŞ prezidenti bu yanlışı Azərbaycan və Türkiyənin daha da yaxınlaşmasına, eyni zamanda türk dövlətlərinin birliyinin gücləndirilməsinə səbəb olacaq. Yəni, biz kiminsə bir ifadə işlətməsindən üzülmək əvəzinə, birlik olaraq güclənib cavab verməliyik. Türkiyəyə edilən bu təyziq tənəzzülə doğru gedən Ermənistanın, erməni xalqının ziyanınadır. Azərbaycan olaraq hər zaman qardaş Türkiyənin yanındayıq və haqlı mövqeyini dəstəkləyirik. Sözlər tarixi dəyişdirə və yenidən yaza bilməz. Həqiqət, reallıq ortadadır.
Bayramova Həqiqət, 75 saylı orta məktəbin direktoru