Polisdən əməliyyat: 92 nəfər saxlanılıb

Polisdən əməliyyat: 92 nəfər saxlanılıb Daxili İşlər Nazirliyi həftəsonu daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 54 cinayətin üstü “isti izlər”lə açılıb, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Oxşar xəbərlər