
Bunu millət vəkili Sahib Alıyev Azərbaycan ordusunun keçircəyi növbəti hərbi təlimlərlə bağlı mövqeyini açıqlayarkən deyib.
"Oxuyuram ki, Azərbaycan Ordusu 10.000 nəfərədək şəxsi heyət, 100-dək tank, digər zirehli texnika, 200-dək raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi, minaatanlar, 30-dək hərbi aviasiya, eləcə də müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb etməklə martın 15-dən 18-dək əməliyyat-taktiki təlimlər keçirəcək.
Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçiriləcək təlimlərdə Vətən müharibəsində qazanılan təcrübədən də çıxış edilərək döyüş hazırlığını daha da təkmilləşdirməklə yanaşı, terrorçu dəstələr, həmçinin qanunsuz silahlı qruplaşmalarla mübarizə və anti-terror əməliyyatları üzrə tapşırıqlar da yerinə yetiriləcək.
Ermənistanda revanşizm haqqında düşünənlər və onları buna sürükləyən qüvvələr yəqin ordumuzun keçirdiyi təlimlərin nə demək olduğunu anlayırlar"- millət vəkili qeyd edib.