"BakuBus"a direktoru işdən çıxarıldı - Yeni təyinat

Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus "BakuBus” MMC-yə rəhbərlik edən Azər Qasımov vəzifəsindən azad edilib.

"Report” verdiyi məlumata görə, şirkətə rəhbərlik Tural Mahmudova həvalə olunub. O, vəzifəsinin icrasına yanvarın əvvəlindən başlayıb.

Yeni direktor bu vəzifəyə təyin ediləndən əvvəl Bakı Nəqliyyat Agentliyinin Təchizat şöbəsinin rəhbəri olub.

Xatırladaq ki, "BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə verilib. Onun nizamnamə kapitalı 30 milyon manatdır. Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir.

Oxşar xəbərlər