
Ölkə.Az xəbər verir ki, ekspertlərin fikrincə, digər valyutalarla müqayisədə artıq dollar dəyərdən düşməyə başlayacaq. Çünki iqtisadi çöküş koronavirus infeksiyası Amerikaya kök salandan başlayıb.
Son hadisələr isə bu prosesi daha da sürətləndirəcək.
ABŞ-da baş verən siyasi gərginlik ölkənin iqtisadiyyatına, xüsusilə milli valyutaya ciddi təsir edəcək.
İqtisadi-siyasi məsələlər üzrə ekspert Turab Rzayev deyir ki, ölkədəki siyasi qeyri-sabitlik dolların məzənnəsinə də təsirsiz ötüşməyəcək. Onsuz da zəifləməkdə olan bu valyutanın nüfuzu bundan sonra daha da azalacaq.