
"Qafqazinfo" xəbər verir ki, siyahıda cəmi iki generalın adı var. Onlar general-mayor Əliverdiyev Vüqar Əfqan oğlu və Həsənov Hikmət Hüseyn oğludur.
Qeyd edək ki, 1-ci Ordu korpusunun komandiri, general-mayor Hikmət Həsənov bundan əvvəl həm “Füzulinin azad olunmasına görə”, həm də “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub. 45 yaşlı general-mayor dekabrın 9-da isə “Qarabağ” ordeni ilə təltif edilmişdi.
General-mayor Vüqar Əliverdiyevin isə ilk medalıdır.