Deputat: “Aztəminatlı ailələrin sosial yardımlarına göz tikən cinayətkar məmurlar hələ də iş başındadır”

Deputat: “Aztəminatlı ailələrin sosial yardımlarına göz tikən cinayətkar  məmurlar  hələ də iş başındadır” “Müharibə edən ölkələrin təkcə orduları döyüşmür, eyni zamanda müharibə edən cəmiyyətinin bütün təbəqələri, o cümlədən büdcələri savaşır.

44 günlük Vətən müharibəsində iki qüvvə arasında savaş gedirdi. Bir tərəfdə faşizm, digər tərəfdə dünyada təklənmiş haqq uğrunda mübarizə aparan sülhsevər xalq dayanmışdı. 44 günlük Vətən müharibəsi əldə etdiyimiz qələbə həm də BMT-nin qətnamlələrini heçə sayan, faşizmə və zülmə dəstək verən yeni imperialst qüvvələr üzərindəki qələbəsidir”.

Bunu millət vəkili Sabir Rüstəmxanlı Milli Məclisdə 2021-ci ilə büdcə müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu qələbə eyni zamanda xalqını qələbə ayapara Prezidentin qələbəsidir. “Bundan sonra da diqqət quruculuq işlərinə yönəldilməlidir. O baxımdan biz 2021-ci il büdcəsini Qarabağ büdcəsi hesab edirik. Ordu savaçda qələbə qaznadı, indi növbə qurucu ordunundur. Qurucu ordu tezliklə işğaldan azad olunan torpaqlaırda quruculuq işlərini görüb ora köçü təmin etməlidir”- S. Rüstəmxanlı qeyd edib.

Millət vəkili hesab edir ki, qələblərin əldə olunsamsında son illərdə həyata keçirilən islahatlar dayanır və kimsə bunu inkar edə bilməz.

“Hesab edirəm ki, bu islahatlar bundan sonra da davam etməlidir. İnsanlara yeni gözlə baxılmalıdır. O baxımdan insanların sosial müdafiəsi gücləndirilməlidir. Xüsusən də şəhid ailələri və qazilərin sosial müdafiəsinə diqqət verilməlidir. Bu da hğkumtə üzvlərindən və məmurların fəaliyyətindən asılıdır”- o bildirib.
Millət vəkili eyni zamanda aztəminatlı ailələrə verilən sosial yardımların verilməsində ciddi problemlər mövcuddur: “ Bu gün biz hələ də aztəminatlı ailələrin sosial yardımlarına göz tikən cinayətkar məmurlar iş başındadır. Bu sahə sosial oğurluq şəbəkəsinə çevrilib”.

Oxşar xəbərlər